Yəmənin cənubundakı Lahc əyalətində yerləşən Əl-Anad hərbi aviabazasında silsilə partlayışlar baş verib. Bu barədə Yəmənin Əl Məşhəd portalı məlumat yayıb.
Onun məlumatına görə, cümə axşamı axşam aviabazanın silah anbarlarından birində partlayışlar baş verib. Portalın mənbələri xəbər verir ki, hərbi obyektin üzərində tüstü sütunları qalxıb, bazaya yaxın ərazilərdə və qonşu Ədən əyalətinin kənarında partlayış səsləri eşidilib.
Qeyd olunur ki, Əl-Anad aviabazası ölkənin ən böyük bazalarından biridir. Daha əvvəl Ənsar Allah üsyançı hərəkatından husilər tərəfindən hücuma məruz qalmışdı. (Tass)