İsrail hərbçilərinin İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı bir nəfər ölüb, ən azı üç nəfər yaralanıb. Bu barədə Livanın “Al Mayadeen” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, gənc fələstinli İordan çayının qərb sahilinin şimalında yerləşən Cenində İsrail əsgərləri tərəfindən öldürülüb. İsrail hərbçilərinin Hebronun cənub-qərbindəki Dura qəsəbəsinə təşkil etdiyi reydi zamanı da üç nəfərin yaralandığı bildirilir. (Tass)