İsrail ordusu Qəzza zolağının cənub və mərkəzi hissələrinə hücumlar həyata keçirir. Bu barədə Livanın Al Mayadeen telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, dekabrın 28-i səhər saatlarından etibarən İsrail artilleriyası Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərb rayonlarını atəşə tutur, Hərbi Hava Qüvvələri isə Əl-Məsdər kəndinə hava zərbələri endirir. (Tass)