İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.
Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Qahirə İsrailin təşəbbüsü ilə bağlı radikalları artıq məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir. (Tass)