Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı yaxın vaxtlarda Dəməşqə rəsmi səfərə dəvət edib. O, bu barədə Ankarada həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı rəsmi olaraq Suriyaya dəvət etmək istərdim, ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək”.