Suriya administrasiyasının müvəqqəti rəhbəri Əhməd əş-Şaraa cümə günü gecə İsrailin Dəməşqdəki prezident sarayının ərazisinə endirdiyi hava zərbələrini təhlükəli eskalasiya adlandırıb. Bu barədə əl-Şaraa ofisinin yaydığı bəyanatda deyilir.
“Suriya Ərəb Respublikasının Prezidenti dünənki prezident sarayının İsrail işğalçı qüvvələri tərəfindən bombalanmasını ən kəskin şəkildə pisləyir ki, bu da təhlükəli eskalasiya deməkdir”. (Tass)