Əlcəzair BMT Təhlükəsizlik Şurasında Qəzza zolağına humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması tələbini özündə əks etdirən yeni Yaxın Şərq qətnamə layihəsi hazırlayıb; Sənədə səsvermə mayın 28-də keçiriləcək. Bu barədə İsrailin Ümumdünya Təşkilatı yanında daimi nümayəndəliyindən məlumat verilib.
“İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən vəhşi terror aktından 24 saat keçməmiş Əlcəzair gələn çərşənbə günü səsverməyə çıxarılacaq İsrail əleyhinə qətnamə layihəsini yaymışdır”, – jurnalistlərə yayılan bəyanatda deyilir. “Qətnamə layihəsi nə radikal Fələstin hərəkatı HƏMAS-ı, nə də onun iştirakı ilə 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən terror aktını qeyd etmədən Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin götürülməsini, məhbusların azad edilməsini və İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasını tələb edir”. (Tass)