Bazar günü Əlcəzairin xarici işlər naziri Əhməd Attaf və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Bu barədə Şimali Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.
Tərəflər “iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və strateji dialoqun intensivləşdirilməsi istiqamətində” əldə olunan nəticələri alqışlayıblar. Onlar “bu dinamikanın gələcəkdə də qorunub saxlanılacağına və istifadə ediləcəyinə” ümid etdiklərini bildiriblər”, – deyə şöbədən bildirilib.
Attaf və Blinken həmçinin BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər, xüsusilə Qəzza zolağında vəziyyətin inkişafı, Qərbi Sahara ətrafındakı problem və Haitidə BMT-nin sülhməramlı əməliyyatının yaradılması layihəsi ətrafında fikir mübadiləsi aparıblar.
Dövlət katibi sentyabrda keçirilən seçkilərdən sonra ikinci müddətə seçilən Əlcəzair dövlətinin başçısı Əbdülməcid Tebbunu ABŞ prezidenti Co Baydenin adından bir daha təbrik edib. (Tass)