İyun 24, 2025-8:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Elçin Misirxanov: Cəbrayılı 14 yaşımda tərk etdim, 4 övladımla qayıdıram

2024:12:25 - 10:57
in SOSİAL
A A
Doğma yurda qayıtmaq başqa təəssüratdır. Cəbrayıldan məcburi köçkün düşəndə 14 yaşım vardı. Allaha şükür olsun. İndi Cəbrayıla 4 övladımla qayıdıram.

“Report” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Elçin Misirxanov deyib.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca tanrı bütün hərbçilərimizi qorusun. Artıq Cəbrayılda ixtisasıma uyğun iş təklifləri də olub.

Məncə insanın ən gözəl günləri uşaqlıq illərində keçir. Ən gözəl günlərimi Cəbrayılda yaşamışam. Bəlkə də müəllimlərimin çoxu, bəzi sinif yoldaşlarım rəhmətə gedib. Bu barədə Cəbrayılda biləcəm.

Bütün bunlar başqa təəssüratlardır. Bunu dillə ifadə etmək olmur. Bu günümüzə çox şükür olsun”, – o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün yola salınıb. Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb. Beləliklə, şəhərə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Əvvəlki Yazı

“Məşədi Dadaş”ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Növbəti Yazı

Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.