Avqust 22, 2025-12:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əli Əsədov Avropa Voleybol Konfederasiyası və Türkiyə Voleybol Federasiyasının prezidentləri ilə görüşüb

2023:11:07 - 17:41
in SİYASƏT
A A

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 7-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ ilə görüşüb.

Nazirlər Kabinetindən “Report”a bildirilib ki, görüşdə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinin və Türkiyə Voleybol Federasiyası prezidentinin voleybol üzrə növbəti Azərbaycan çempionatının rəsmi açılış mərasimində iştirakı yüksək qiymətləndirilib.

Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə danışan Ə.Əsədov idmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, ölkədə müasir idman infrastrukturunun yaradıldığını bildirib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Bu gün voleybolun Azərbaycanda ən populyar idman növlərindən biri olduğu bildirilərək dövlət tərəfindən onun inkişafına və kütləviləşməsinə böyük diqqət yetirildiyi qeyd edilib. Azərbaycan dövlətinin voleybolun inkişafına dəstəyini bundan sonra da davam etdirəcəyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Voleybol Federasiyası beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Voleybol Konfederasiyası, həmçinin Türkiyə Voleybol Federasiyası da daxil olmaqla, digər xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirmək əzmindədir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov iştirak edib.

Əvvəlki Yazı

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə əmək bazarındakı yeniliklər müzakirə olunub.

Növbəti Yazı

İmişlidə kənd məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.