İyun 18, 2025-3:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əli Hüseynli: Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır

2024:05:30 - 17:36
in SİYASƏT
A A

Son dövrlərdə BMT-nin Baş Assambleyası Fransız Polineziyasının müstəqilliyinin tanınması ilə bağlı bir sıra müsbət qərarlar qəbul edib. Bunlardan biri də 2013-cü ildə qəbul edilən qətnamədir. Bu xalqın öz müqəddəratını təyin etmək hüququ vardır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.

Ə.Hüseynli qeyd edib ki, BMT-nin bu qətnaməsinin qəbulu Fransız Polineziyasının apardığı əzmkar mübarizənin nəticəsidir.

“Təəssüf ki, beynəlxalq hüquqi mexanizmlər möhkəm olmadığından keçmiş və indiki koloniyaların Fransanın əsarətindən tam azad olması hələlik mümkün deyil. 1974-cü ildə BMT tərəfindən qəbul edilən yeni iqtisadi qaydalar haqqında Bəyannamə kolonializmə görə təzminat mövzusuna marağı xeyli artırıb. Sənəd müstəmləkənin vurduğu ziyana görə təzminat və kompensasiya hüququnu təmin etmiş oldu. Beynəlxalq hüquq dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və digər cinayətlərə görə məsuliyyətini nəzərdə tutur. Amma müstəmləkə və postmüstəmləkə cinayətlərinə görə məsuliyyətə cəlbetmə üçün yüksək məhkəmə həddini keçmək lazım gəlir”, – deyə Milli Məclis sədrinin birinci müavini bildirib.

O vurğulayıb ki, Fransa uzun illər qeyri-insani rəftar nümayiş etdirərək, 1966-1990-cı illərdə dənizaşırı adalarda 200-ə yaxın nüvə silahı tətbiq edib və Maohi Nui xalqı bundan çox əziyyət çəkib.

Əli Hüseynli deyib ki, Maohi Nui xalqına qarşı törədilən cinayətlərə görə cavab verilməlidir. Nüvə silahı nəticəsində bu xalqın təbiətinə, sağlamlığına dəyən ziyanın kompensasiyası ödənilməlidir.

Əvvəlki Yazı

Deputat: Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir

Növbəti Yazı

Zahid Oruc: BTQ Karib adalarından tutmuş Hind və Sakit okeanlarına qədər hökm sürən istismar əleyhinə yeni dalğanın başlanğıcıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.