“Report” xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar icasında bildirib.
Deputat qeyd edib ki, bu sənəd çox vacibdir, amma bir sıra məqamlara yenidən baxılmasına ehtiyac var: “Təqdimatçılar qanun layihəsinin qəbulununun vətəndaş məmnunluğu yaradacağını bildirdi, amma bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Mən meyar kimi, “Normativ hüquqi aktlar haqqında” Konsitusiya qanununu əsas götürərdim. Yəni, bu qanun layihəsi hər şeydən əvvəl dediyim qanunun tələblərinə cavab verirmi? Onunla “Normativ hüquqi aktlar haqqında” Konsitusiya qanunu arasında ziddiyətlər var. Bundan başqa, qanun layihəsində onun vətəndaşlara aydın olması üçün məqsədlər və funksiyalar öz əksini tapmalıdır. Bunlar isə yoxdur. Təqdimatçılar qeyd etdi ki, yeni qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks edilməsidir. Eyni zamanda deyildi ki, bu, qiymət artımına təsir etməyəcək. Kommunal sektoru təmsil edən şəxslər xərclərin mövcud tariflərdən çox olduğunu deyirlər. Əgər yeni qanun xərclərin dəqiqləşdirilməsidirsə, deməli bu, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxara bilər”.