İyun 17, 2025-17:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əlillik və reabilitasiya sahəsində görülən işlərə dair infosessiya keçirilib

2025:04:03 - 12:06
in SOSİAL
A A

Son illər əlillik və reabilitasiyası sahəsində qabaqcıl dünya təcrübəsindən irəli gələn mütərəqqi yanaşmaların, habelə innovativ həllərin geniş tətbiqi işləri aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən infosessiyada qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər həyata keçirilən sosial islahatların mühüm bir istiqamətinin əlillik və reabilitasiya sahələrini əhatə etdiyini bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, infosessiyada əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarların vətəndaş məmnunluğuna yönələn üstünlükləri diqqətə çatdırılıb.

Həmin meyarların tətbiqi ilə əlillik təyinatının orqanizminin funksiyalarının itirilməsi faizləri müəyyən edilməklə aparıldığı, əlillik təyinatına əsas verən meyarların sayının 5 dəfə artırıldığı, o cümlədən müddətsiz əlillik təyinatına əsas verən meyarların sayının 51-dən 286-a çatdırıldığı qeyd edilib.

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət sahələrində aparılan islahatlardan, görülən işlərdən bəhs olunub. Tibbi-sosial ekspertiza xidməti sahəsində rəqəmsal həllərin tətbiqi işləri, “Əlillik” altsisteminin funksional imkanlarının genişləndirilməsi sahəsində atılan addımlar qeyd edilib.

Son illər ölkəmizdə müasir reabilitasiya sisteminin qurulduğu, yeni reabilitasiya mərkəzlərinin istifadəyə verildiyi, hazırda Agentliyin paytaxt və bölgələrimizdə 17 reabilitasiya müəssisəsinin fəaliyyət göstərdiyi bildirilib. Həmin müəssisələrdə xidmətlər spektrinin qabaqcıl dünya təcrübəsinə uyğun yeni istiqamətlər üzrə xeyli genişləndirildiyi, son illər reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodlarının – robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, “dance ability” (rəqs terapiyası) və s. tətbiq edildiyi qeyd olunub.

Aparılan işlər nəticəsində 2018-2024-cü illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayının dəfələrlə artdığı bildirilib.

İnfosessiyada əlillik və reabilitasiya sahəsində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Əvvəlki Yazı

Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib”

Növbəti Yazı

Polkovnik-leytenant: Ermənistanın danışıqları uzatması regionda dayanıqlı sülhün təmin edilməsinə maneə olur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.