İyun 16, 2025-13:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

2024:05:01 - 14:13
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Nazir Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Nazir çıxışında Ulu Öndərin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib. Emin Əmrullayev Heydər Əliyevin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Ümummilli Lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb.

Emin Əmrullayev 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbirlər barədə də iştirakçılara məlumat verib.

Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə medallar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Əvvəlki Yazı

Belarus ordusu İranda antiterror təlimlərində iştirak edir

Növbəti Yazı

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.