May 12, 2025-1:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Elm və təhsil naziri BMU-nun yeni tədris korpusu və laboratoriyaları ilə tanış olub

2023:12:13 - 18:02
in SOSİAL
A A

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Mühəndislik Universitetinin (BMU) yeni istifadəyə verilmiş tədris korpusu, burada yerləşən laboratoriyalar və universitetin Texnoparkı ilə tanış olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev təhsil müəssisəsinin maddi-texniki bazası, elmi-tədqiqat fəaliyyəti barədə zəruri informasiyaları diqqətə çatdırıb. Rektor tədqiqatların səmərəli təşkili, texnoloji yeniliklərin mənimsənilməsi və tətbiqi məqsədilə araşdırmaların həyata keçirilməsi üçün mövcud ekosistem, universitet Texnoparkının fəaliyyətinin gücləndirilməsi, eləcə də nəzərdə tutulan hədəflər barədə naziri məlumatlandırıb.

Sonra nazir Emin Əmrullayev geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına, eyni zamanda, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Universitet tələbələrinin müxtəlif yarışmalarda qazandığı nailiyyətlərlə tanış olan nazirə həyata keçiriləcək yeniliklər, gələcəkdə icrası nəzərdə tutulan layihələr haqqında məlumatlar təqdim olunub.

Universitetin Texnoparkına da baş çəkən Emin Əmrullayev, ümumilikdə, tələbələrə geniş araşdırma imkanları yaradan laboratoriyaların fəaliyyətindən məmnunluğunu bildirib. Ali təhsil ocağının rektor və professor-müəllim heyəti ilə söhbət aparan nazir ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, fundamental və tətbiqi elmi-tədqiqatlar aparan qabaqcıl ali təhsil müəssisəsinin qarşısında duran vəzifələri qeyd edib. Ali təhsilin inkişaf prioritetlərinə uyğun olaraq universitetdə tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, yeni ixtisasların açılması, infrastrukturun gücləndirilməsi məsələləri nəzərdən keçirilib.

BMU-nun daha da inkişaf edəcəyinə inamını vurğulayan nazir kollektivə uğurlar arzulayıb.

Əvvəlki Yazı

Hacıqabulda bələdiyyə sədri cərimələnib

Növbəti Yazı

ATƏT Avropa İttifaqının vəsaiti hesabına Tacikistanda 84 sərhəd zabitinə təlim keçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.