Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən verilib.
Bildirilib ki, qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 18 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.