İyun 17, 2025-9:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib

2023:11:16 - 16:23
in MƏDƏNİYYƏT
A A

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (Breath) qısametrajlı filmi 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalında yerli müsabiqənin “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib.

Haaqa Beynəlxalq Film Festivalının direktoru Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilib ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib.

Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Nəfəs” filminin ABŞ-ın Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.

“Nəfəs” qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.

Əvvəlki Yazı

Şahdağ Avrasiya Dağ Kurortları Alyansının üzvü olub

Növbəti Yazı

Yalama Aqropark”da yanğın başlayıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.