İyun 13, 2025-23:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Elnarə Rəsulova: Azərbaycan xalçaçılığı bütün dünyada məşhurdur

2025:05:08 - 11:02
in MƏDƏNİYYƏT
A A

“Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin, o cümlədən xalçaçılığın təbliği ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir”.

Bu barədə Ankarada keçirilən Beynəlxalq İslam Sənəti Sərgisində dörd incəsənət xadimi arasında ölkəmizi təmsil edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulova AZƏRTAC -a müsahibəsində deyib.

1 / 10
O qeyd edib ki, Türkiyə paytaxtında keçirilən sərgi iştirakçılarına dini mövzu da daxil olmaqla, çoxsaylı xalçalar və miniatürlər təqdim edilib.

“Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Əlamətdar haldır ki, Azərbaycan xalçaçılıq məktəblərinin əsərləri bu gün aparıcı xarici muzeylərin kolleksiyalarında saxlanılır. Qarabağ xalçaları xüsusilə sevilir və populyardır”, – deyə rəssam bildirib.

Onun sözlərinə görə, iki Azərbaycan xalçası stendi ziyarət edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğana hədiyyə olaraq təqdim olunub.

O xatırladıb ki, Azərbaycan xalçaları, o cümlədən onun əsərləri əvvəllər Türkiyənin müxtəlif şəhərlərində nümayiş etdirilib. “Ən son sərgilər arasında ötən ilin dekabrında İstanbulda “Qarabağdan İstanbula” adlı sərgi təşkil olunub. Bu layihə davam etdiriləcək. Növbəti sərgi İtaliyada baş tutacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan sərgi stendi mayın 11-dək “ATO Congressium” Mərkəzində ziyarət üçün açıqdır.

Əvvəlki Yazı

Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar

Növbəti Yazı

Rəşid Ağamalıyev: Bizim qlobal məqsədimiz Azərbaycan animasiyasını dünya səviyyəsinə çıxarmaqdır MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.