Ermənistan hökuməti 30 ildən çoxdur öz sərhədlərini dəqiq olaraq müəyyənləşdirməyib.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında dövlətçiliyin əsaslarının müstəqilliyin elan edilməsi, xalqın milli hədəflərini ehtiva etməsi qeyd olunub:
“Qarabağın Ermənistanın bir hissəsi olması Ermənilərin milli ideologiyasıdır. İkinci Qarabağ müharibəsindən sonra də bu məsələlər öz həllini tapmayıb”.