İyun 13, 2025-21:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əlyazmalar İnstitutunda Rusiyanın tanınmış şairinin kitabı təqdim edilib

2023:11:17 - 16:07
in SOSİAL
A A

Rusiyanın görkəmli yazıçısı, şair Viktor Slipençuk, “Bədii ədəbiyyat” nəşriyyatının baş redaktoru Georgiy Pryaxin və “Baykal” Fondunun direktoru Oleq Velikoredçanin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizə gələn qonaqlar əvvəlcə müəssisənin baş direktoru akademik Teymur Kərimli ilə görüşüblər.

Rusiyalı qonaqlar institutun Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və H.Z.Tağıyev guşələrinə tamaşa edib, burada sərgilənən qədim əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən bu yaxınlarda Xurşidbanu Natəvanın həmin siyahıya salınan “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə ətraflı məlumat əldə ediblər.

Görüş əsnasında keçmiş SSRİ və Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, “Yesenin” və “Çingiz xanın şöhrəti” medallarının laureatı Viktor Slipençukun “Çingiz Xan” poemasının və həmin əsərin də yer aldığı “Rus sözü ilə səyahət” kitabının təqdimat mərasimi keçirilib. Şair çıxışında ərsəyə gətirdiyi yeni nəşrlər haqqında məlumat verib, bir neçə şeirini səsləndirib, daha sonra onun bədii irsi ilə bağlı institutun alim və mütəxəssislərini maraqlandıran sualları cavablandırıb.

Sonda V.Slipençuk müəllifi olduğu kitabları Əlyazmalar İnstitutunun kitabxanasına hədiyyə edib, təqdimat mərasiminin keçirilməsinə şərait yaratdıqları üçün AMEA-nın və Əlyazmalar İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

Əvvəlki Yazı

Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi qeyd edilib

Növbəti Yazı

Mingəçevirdə şagirdlərinin hepatitə yoluxduğu təhsil müəssisələri dezinfeksiya olunub – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.