İyun 17, 2025-11:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Əlyazmalar İnstitutunun əməkdaşı Beynəlxalq Ərəb dili Akademiyasının sertifikatı ilə təltif olunub

2024:02:16 - 16:43
in GÜNDƏM
A A

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Zaur Hacıyev “Ana dili ərəb dili olmayan (qeyri-ərəb) əcnəbi müəllimlərin (universitet müəllimləri) ərəb dilinin tədrisi üçün hazırlanması və ixtisasının artırılması” mövzusunda keçirilmiş təlimlərdə iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyası və Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda ərəb dili üzrə fəaliyyət göstərən mütəxəssislər üçün təşkil olunmuş dördgünlük təlimlərdə ərəb dilinin incəlikləri və yenilikləri, audiodərslərin tədrisi formaları, tədris kompozisiyasında tətbiqlər, dinləmə bacarıqları və dilçilik məsələlərinə dair biliklərə yiyələnib. Təlimdə uğurla iştirakına görə Əlyazmalar İnstitutunun əməkdaşı Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, təlimlər Səudiyyə Ərəbistanının ərəb dili üzrə tanınmış mütəxəssisləri – Təhsil Nazirliyində təlim rəhbəri Sultan bin Suqyan və İslam Universitetinin tədris heyətinin üzvü professor Əhməd əl-Subaihi tərəfindən keçirilib. Təlimin açılış mərasimində Beynəlxalq Ərəb dili Akademiyasının nümayəndə heyətinin rəhbəri Nada əl-Mutari də iştirak edib.

Əvvəlki Yazı

Scholz Ukraynaya 1,1 milyard avro dəyərində yeni hərbi yardım paketini açıqlayıb

Növbəti Yazı

NATO-nun baş katibi Rusiyanı Navalnının ölümü ilə bağlı faktları dərc etməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.