Avqust 26, 2025-10:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Əmək miqrasiyası kvotasına dəyişiklik təklifləri hökumətə göndəriləcək

2024:12:09 - 11:40
in İQTİSADİYYAT
A A

Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda bu ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası keçirilib.

İclasda bu il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti və gələn il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə olunub.

Qeyd olunub ki, növbəti il üçün əmək miqrasiyası kvotasına dair təkliflər ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, işəgötürənlər tərəfindən müxtəlif müasir peşə və ixtisaslara malik işçilərə olan tələb əsasında hazırlanıb.

Habelə əmək bazarına daxil olan işçi qüvvəsi ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı digər proqnozlar nəzərə alınıb.

Əmək bazarına daxil olan ixtisaslı kadrların sayının hər il artımı, eyni zamanda əmək bazarında mövcud olan işçi qüvvəsinin bacarıqlarının, rəqabətədavamlılığının yüksəlməsi istiqamətində görülən tədbirlər qeyd edilib. Bununla bağlı olaraq 2025-ci ildə də əcnəbi işçi qüvvəsinə tələbin azalan tendensiya əsasında müəyyən edilməsinin zərurəti, ixtisaslı əcnəbi işçi qüvvəsinin milli əmək ehtiyatları ilə əvəz edilməsi amilləri müzakirə olunub.

İclasda həyata keçirilməsi nəzərdə tutulan layihələr, mədənçıxarma, elmi texniki fəaliyyət, tikinti, o cümlədən işqaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş tikinti quruculuq işlərinə ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması məsələləri də nəzərdən keçirilib.

Müzakirələrin yekununda 2025-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda 2024-cü ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Əvvəlki Yazı

DİN: Son iki gündə 4 avtomat və 11 tüfəng təhvil götürülüb

Növbəti Yazı

Azərbaycanlı yazıçının pyesi Rusiyada lisey teatrında səhnələşdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.