Avqust 12, 2025-0:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun 75 illik yubileyi qeyd edilib

2023:12:26 - 17:50
in MƏDƏNİYYƏT
A A

Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovun 75 illik yubileyi və pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş gecə keçirilib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı yubilyarı təbrik edərək, onun həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən söz açıb.

Xalq artistləri – Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Siyavuş Kərimi, dirijor Ağaverdi Paşayev, tarzən Möhlət Müslümov, eləcə də AMK-nın prorektoru professor Lalə Hüseynova, AMK nəzdində Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov, BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə milli musiqimizin təbliğində, yeni tar ifaçılarının yetişdirilməsində böyük xidmətlər göstərən pedaqoqu təbrik ediblər.

Qeyd olunub ki, 13 il Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasına rəhbərlik etmiş Məmmədağa Kərimovun yetişdirdiyi tarzənlər bu gün musiqi mədəniyyətimizi yüksək səviyyədə təbliğ edir, müxtəlif təltiflərə layiq görülürlər.

Yubiley gecəsi pedaqoqun yetirmələrinin təqdimatında konsert proqramı ilə davam edib. Xalq artisti Möhlət Müslümov, Əməkdar artistlər – AMK-nın dosentləri Səbuhi Cəfərov, Ələkbər Ələkbərov, Rövşən Qurbanov, baş müəllimlər Arslan Növrəsli, Natəvan Həsənova, Musiqi Kollecinin müəllimi Humay Qədimova və digər tələbələrin çıxışları alqışlarla qarşılanıb.

Əvvəlki Yazı

Naxçıvanın rəsmi qəzetinə baş redaktor təyin olunub

Növbəti Yazı

Doqquz QHT-nin yaratdığı koalisiya İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.