İyun 18, 2025-8:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

2025:05:13 - 12:52
in SOSİAL
A A

Mayın 13-də ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Milli Məclisin sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər.

Mərasimdə müxtəlif musiqi və rəqs nömrələri də təqdim olunub. İncəsənət Gimnaziyasının və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.

Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Səhnəyə dəvət olunan 35 qalibə diplomlar və hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə ölkəmizin regionlarından ümumilikdən 3952 şagird qatılıb. 95 nəfər şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.

Əvvəlki Yazı

İnzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

Növbəti Yazı

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.