Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir oktyabrın 11-13-də Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” 6-cı Beynəlxalq Forumunda iştirak edəcək.
Forum çərçivəsində energetika nazirinin “Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi” sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.