Avqust 20, 2025-23:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Energetika Nazirliyinin Kollegiyasının gələn il üçün İş Planı təsdiq edilib

2023:12:20 - 15:05
in İQTİSADİYYAT
A A

Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il üçün İş Planı təsdiq edilib.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında bildirilib.

Kollegiya sədri çıxış edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ümumilikdə enerji sektorunun gələcək inkişafına dair mühüm tədbirlərin nəzərdə tutulduğunu bildirib və bu tədbirlərin vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq Strategiyada Energetika Nazirliyinin əsas icraçı olaraq müəyyən edildiyi tədbirlərin icra vəziyyəti haqqında hesabatlar dinlənilib. Nazirliyin müvafiq struktur bölmələri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri tərəfindən təqdim edilən hesabatlarda icra müddəti 2023-cü ildə başa çatan tapşırıqlar üzrə görülmüş işlər diqqətə çatdırılıb. Əldə edilmiş nəticələr və növbəti illər üzrə planlar müzakirə edilib.

İclasda, həmçinin Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il üçün İş Planının layihəsi nəzərdən keçirilib, İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.

Sonda kollegiya sədri növbəti il üzrə nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələr və onların operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıqlar verib.

Əvvəlki Yazı

Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur.

Növbəti Yazı

DİN: Seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara sənədlərin verilməsi prosesinə başlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.