16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Enerji Effektivliyi İnformasiya Sisteminin Əsasnaməsi təsdiqləndi

Nazirlər Kabineti “Enerji Effektivliyi İnformasiya Sisteminin Əsasnaməsi”ni təsdiq edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, Energetika Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemdə formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalına ötürülməsini və mütəmadi yenilənməsini təmin edəcəklər.

Həmçinin aidiyyəti dövlət qurumları ilə birlikdə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması təşkil ediləcək və bu barədə hər il Nazirlər Kabinetinə hesabat təqdim olunacaq.