Birləşmiş Ştatlar Yəmənin üsyançı hərəkatı Ənsar Allaha qarşı keçirdiyi əməliyyat zamanı husilərin hərbi imkanlarını zəiflədə bilməyib. Bu açıqlama ilə üsyançıların lideri Əbdülməlik əl-Husi çıxış edib.
“ABŞ bizim hərbi potensialımızı zəiflədə bilməyib və edə bilməyəcək. Biz xalqımızı əmin edirik ki, Amerika təcavüzü hərbi potensialımızın inkişafına getdikcə daha çox töhfə verir” deyə əl-Husi bildirib.
“Amerikalılar nə İsrail düşməninin gəmiçilik təhlükəsizliyini təmin edə bilməyiblər, nə də ona qarşı raket və pilotsuz təyyarə hücumlarını dayandıra bilməyiblər”, – Yəmən üsyançı lideri vurğulayıb. O qeyd edib ki, ABŞ-ın zərbələri “Yəmən xalqının iradəsini və mənəviyyatını heç vaxt qırmayacaq”. (Tass)