İyun 18, 2025-11:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb

2024:02:28 - 14:13
in SOSİAL
A A

Əqli Mülkiyyət Agentliyi prioritet məsələlərdən olan şəffaflığın və əlçatanlığın təmin olunması işlərini davam etdirir. Növbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin, əmtəə nişanlarının və coğrafi göstəricilərin “açıq reyestr”i üzrə məlumat axtarışının aparılması üçün imkanların yaradılması istiqamətində tədbirlər görülür. Hər kəs “açıq reyestr”ə maneəsiz, ödənişsiz daxil ola və patent almaq istəyən şəxs onun sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə biləcək.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə ixtiraçıların, elm adamlarının və digər marağı olan şəxslərin məlumat axtarışı apara bilməsi üçün Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində hələ ki yalnız patentlə mühafizə olunan ixtira və faydalı modellərə dair biblioqrafik məlumatlar bazası toplanıb və ictimaiyyətin istifadəsinə verilib. Bu informasiya bazasının köməyilə istənilən şəxs qeydiyyata alınmış ixtiralar və faydalı modellər barədə axtarış aparmaq, patentlərin statusunu öyrənmək, patentlərin müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanır. “Açıq reyestr”ə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəsmi elektron səhifəsinə https://copat.gov.az/ müraciət etmək lazımdır. İxtiraların və faydalı modellərin referatlarının və düsturlarının mətnləri ilə elektron səhifədə tanış olmaq mümkündür. Bu zaman axtarış Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” rəsmi bülletenlərinin dərc olunduğu tarix üzrə həyata keçirilə bilər.

Hazırda “açıq reyestr”də əmtəə nişanlarının qeydiyyatı haqqında məlumatlar üzrə axtarış alətinin işə salınması ilə bağlı işlər başa çatmaq üzrədir.

Bununla yanaşı, məlumat axtarışı sisteminin təkmilləşdirilməsi işləri davam edir və növbəti mərhələdə sənaye nümunələri və coğrafi göstəricilərə dair məlumatlar da reyestrə daxil ediləcək. Daha sonrakı mərhələdə isə mühafizə sənədlərinin materiallarının tamhəcmli mətnlərini əhatə etməklə, reyestr üzrə məlumat axtarışı imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur. Təkmilləşdirmələr barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Əvvəlki Yazı

Dosent: Ermənistan Azərbaycana təzminat ödəməyə məcburdur

Növbəti Yazı

Qədir Xəlilov: Qış məktəbi dövründə gənc hüquqşünaslarda cəmiyyətdə baş verən hadisələrə düzgün reaksiya formalaşdırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.