Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) liderləri öz səylərini İsrailin BMT-dəki üzvlüyünü dayandırmağa yönəldəcəklər. Bu barədə Qətərdə keçirilən sammitin yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Mətndə deyilir: “Biz , üzvlük şərtlərinin açıq şəkildə pozulmasını və BMT qətnamələrinə davamlı məhəl qoymamasını nəzərə alaraq, İsrailin BMT-dəki üzvlüyünün Nizamnaməyə nə dərəcədə uyğun olduğunu araşdırmaq və İsrailin üzvlüyünün dayandırılmasına yönəlmiş səyləri əlaqələndirmək qərarına gəlirik”.
Sammit iştirakçıları həmçinin Qəzza zolağının sürətlə yenidən qurulmasının vacibliyini vurğulayıblar və “bu prosesə” dəstək verməyə çağırıblar. (Tass)