TASS müxbirinin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahunun ümumi siyasi müzakirələrdə çıxış etmək üçün tribunaya çıxmasından sonra bəzi ərəb nümayəndə heyətləri etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk ediblər.
Sədr Netanyahunu kürsüyə dəvət edərkən onlarla diplomat ayağa qalxaraq otağı tərk etməyə başlayıb. İsrail baş nazirinin çıxışı yarıboş zalda keçirilir. Bəzi nümayəndə heyətləri Netanyahunun çıxışına ümumiyyətlə qatılmamağı seçib.