Fələstin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayan ərəb dövlətləri, ilk növbədə Misir və Qətər, İsrailin zolağının idarə olunmasında mümkün iştirakı ideyasına qarşı çıxıb. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, “Misir, Qətər və digər ərəb ölkələri İsrailin Qəzza zolağının idarə olunmasında iştirak etmək təklifini rədd edib”. Telekanalın mənbəsi qeyd edib ki, “danışıqlarda vasitəçilər Misir və Qətər Vaşinqtonu İsrail hakimiyyətinin Fələstin anklavının gələcək idarə olunmasında mümkün iştirakından imtina etdikləri barədə məlumatlandırıblar”.
HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Heya daha əvvəl bildirmişdi ki, hərəkat “Qəzzada hər hansı xarici mövcudluğu” rədd edir və zolağı kimin idarə edəcəyinə “Fələstin xalqı qərar verəcək”. (Tass)