İyun 15, 2025-0:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yol problemi: qışda palçıq, yayda toz

2024:02:29 - 17:34
in SOSİAL
A A
Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yolları yarasız vəziyyətdədir.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, beş minə yaxın əhalisi olan yaşayış məntəqələrinin yolları qışda palçıq, yayda həddin artıq tozlu olur.

Sakinlər bildirib ki, yolların yarasız vəziyyətdə olması təcili tibbi yardım maşınlarının, sürücülərin hərəkətinə maneə törədir, şagirdlərin məktəbə gediş-gəlişinə çətinlik yaradır.

Kənd sakini Nəbi Fərəcov “Report”un yerli bürosuna açıqlamasında sözügedən yolların uzun müddətdir yararsız olduğunu deyib:

“Uşağlarımızı məktəbə qucağımızda və ya maşınla aparıb gətiririk. Çünki bu yolda piyada getmək mümkün deyil. Yol dərdindən kəndə qonaq da gəlmir. İki kəndin 9 şəhidi var, amma şəhid valideynləri övladlarının məzarını ziyarət etməyə belə gedə bilmirlər”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır:

“Bu proqram çərçivəsində Ağsu rayonu ərazisində irimiqyaslı yol infrastruktur layihələri icra olunub və icrası nəzərdə tutulur. Dövlət proqramı çərçivəsində qeyd etdiyiniz Ərəbuşağı və Ağalarbəyli avtomobil yolu daxil olmaqla ümumilikdə 157 km uzunluğa malik və 39 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur”.

Qurum rəsmisi əlavə edib ki, bu yollardan 25 mindən artıq əhali istifadə edir və dövlət proqramına əsasən maliyyə vəsaiti ayrıldıqca həmin yollar növbəli şəkildə yenidən qurulacaq.

Əvvəlki Yazı

Media: Avropa ölkələri Pxenyanda səfirlik açmağa hazırlaşır

Növbəti Yazı

İsrail Ordusu Qəzzada Həmas üzərində tam qələbənin əldə olunmayacağından qorxur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.