TASS-ın müxbiri xəbər verir ki, Rusiya və ABŞ nümayəndə heyətləri 15 dəqiqəlik fasilədən sonra Ər-Riyadda danışıqları davam etdiriblər.
Bundan əvvəl tərəflər 2,5 saatlıq danışıqlardan sonra qısa fasilə vermişdilər. Görüş Moskva vaxtı ilə saat 11:30 başlayıb.
Rusiya-Amerika danışıqları Moskva vaxtı ilə saat 10:30 radələrində Ər-Riyadda başlayıb. Danışıqlar masasında Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edirlər. Onların qarşısında üç amerikalı danışıqçı dayanır: ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Witkoff. (Tass)