İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail və ABŞ-ın İrana qarşı təcavüzə səbəb olan hərəkətləri İslam Respublikasının nüvə proqramını inkişaf etdirməyə davam etmək əzmini gücləndirib.
“İsrail və ABŞ-ın təcavüzü İranın nüvə proqramını davam etdirmək istəyinə müsbət təsir göstərəcək. Bu, bizim iradəmizi gücləndirir, bizi daha əzmkar və israrlı edir. Biz bu texnoloji nailiyyətlər üçün böyük səylər göstərmişik, alimlərimiz bu məqsədə çatmaq üçün böyük fədakarlıqlar göstərmiş, canlarını vermişlər. Bunun üçün xalqımız bu problemdən əziyyət çəkmiş, xalqımız müharibəyə məruz qalmışdır. Aydındır ki, İranda heç kim bu texnologiyalardan imtina etməyəcək”, – nazir “Al Araby Al Jadeed” qəzetinə müsahibəsində deyib .