Qəzza böhranının sülh yolu ilə həllinə dair çağırışlar əsasən ABŞ-ın münaqişədəki mövqeyinə görə uğursuzluğa düçar olub. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü səfərdə olduğu Misirdən qayıdarkən mətbuat hovuzundan jurnalistlərə bildirib.
“Təəssüf ki, Amerika Birləşmiş Ştatlarının mənfi yanaşması səbəbindən sülh çağırışları nəticəsiz qalır. Amerika deyir ki, guya bu məsələni həll etmək üçün bir neçə yüksək vəzifəli məmurunu regiona göndərib, lakin heç bir nəticə yoxdur. Buna baxmayaraq, biz Atəşkəs və sülhün təmin olunması istiqamətində fəaliyyətimizi davam etdiririk.Çünki bizim başqa seçimimiz yoxdur.Qərbdən gələnlər bizə gələndə onlara bu sualları xüsusilə kəskin şəkildə veririk.Onlara deyirik: “Gəlin,bir az təşəbbüs edək,bəlkə müəyyən nəticələr əldə edə bildik deyə Ərdoğan bildirib”.
Onun sözlərinə görə, əvvəllər İsrailin tərəfində olan bəzi ölkələr “indi tövbə edirlər”. “Biz davamlı sülhə nail olmaq üçün səylərimizi davam etdiririk. Dünya artıq həll yolunun 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren, coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasında olduğunu görməzlikdən gələ bilməz. (Tass)