Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK, Türkiyədə qadağan edilmiş və terrorçu elan edilmiş) 470-dən çox hədəfi vurulub, bu günə kimi 213 yaraqlı məhv edilib. Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Terror aktından sonra terror təşkilatının (İraq və Suriyada) 470 hədəfinə zərbə endirilib, 213 terrorçu məhv edilib”, – Ərdoğan bildirib. (Tass)