Bloomberg xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi öncəsi ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşmək istəyir.
Onun sözlərinə görə, qarşıdan gələn ABŞ seçkilərində Demokratlardan ən yüksək dövlət vəzifəsinə iddialı olan Harris seçki kampaniyası üçün vəsait toplama tədbirində iştirak etmək üçün bazar günü Nyu-Yorka gələcək. Türkiyə prezidenti Harrislə görüş istəyib və onun komandasından cavab gözləyir. Agentlik Ərdoğanın ABŞ-ın Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi Tim Valz ilə də görüşə açıq olduğuna diqqət çəkir.
Bloomberg-in məlumatına görə, Türkiyə prezidenti ilə demokratlar arasında görüşdə məqsəd ABŞ-la münasibətlərin səviyyəsini saxlamaqdır. (Tass)