Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, daha əvvəl Fələstin-İsrail münaqişəsi ilə bağlı Rusiyanın qətnamə layihəsini qəbul etməyən BMT Təhlükəsizlik Şurası növbəti dəfə üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib.
“Tamamilə səmərəsiz olan BMT Təhlükəsizlik Şurası növbəti dəfə öz məsuliyyətini yerinə yetirə bilmədi. Sülhü təmin etmək səylərimiz bölgəyə təyyarədaşıyan gəmilərin göndərilməsi, Fələstin xalqına yardımın dayandırılması və Qəzza əhalisinin kütləvi şəkildə cəzalandırılması kimi addımlarla pozuldu ”, o, Telegram-da yazıb.
Ərdoğan həmçinin qeyd edib ki, “Türkiyə Misir rəsmiləri ilə əməkdaşlıq edərək bölgəyə humanitar yardımla birlikdə 3 təyyarə çatdırıb”. (Tass)