Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstin arasında münaqişənin həllinə müdaxilə etmək niyyətindədir. Bu barədə Hürriyət xəbər verir. Qəzetin mənbələrinə görə, Ankara müharibənin genişlənməsinin və dərinləşməsinin qarşısını almağa çalışır. Bu məqsədə çatmaq üçün türk diplomatları artıq münaqişənin bütün tərəflərini qane edə biləcək model saziş üzərində işləməyə başlayıblar.
Türkiyə xarici işlər naziri Hakan Fidanın “məkik diplomatiyası”ndan sonra prezident Ərdoğanın dövlət başçıları səviyyəsində müdaxiləsi gözlənilir. Bəyanatda deyilir ki,Türkiyə müharibənin dərinləşməsi və yayılmasının qarşısını almaq üçün səy göstərir.
Ehtimal olunur ki, lazım gəldikdə Türkiyənin münaqişənin həllinə açıq şəkildə müdaxilə edəcək. Müvafiq təklif həm İsrail, həm də Fələstin tərəfləri tərəfindən irəli sürülə bilər. (Nevs.ru)