Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, İsrail Suriyanın cənubundakı münaqişədən regionu işğal etmək planlarını həyata keçirmək üçün istifadə edir.
“Suriya məsələsində çox konstruktiv atmosfer var. Dünyaya izah etmək lazımdır ki, İsrail Suriyada stabilləşdirmə layihəsini pozub.Hər şeydən əvvəl, amerikalılar başa düşürlər ki, bu məsələdə bir az daha çox məsuliyyət götürməlidirlər. Əsas problem tərəflər arasında [Suriyanın cənubunda] münaqişədir. Lakin daha ciddi strateji problem İsrailin regionda sabitliyi zəbt etmək cəhdindən əvvəl İsrailin bu münaqişədən istifadə etmək istəməsidir”, – Ərdoğan jurnalistlərə bildirib. Onun açıqlamalarını “TRT Haber” telekanalı yayıb.