Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili “dəlilik vəziyyətindən” çıxmağa və Qəzzanı bombalamağı dərhal dayandırmağa çağırıb.
Türkiyə lideri açıqlamasında “İsrailin dünən gecədən intensivləşən Qəzzanı bombalaması yenə qadınları, uşaqları və mülki insanları hədəf alır və bununla da humanitar böhranı daha da pisləşdirir. İsrail dərhal bu çılğınlıq vəziyyətindən çıxmalı və hücumlarını dayandırmalıdır”, – deyə Türkiyə lideri X sosial (keçmiş Tiwtter) şəbəkəsində bildirib. (Tass)