Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını və həcminin 9,5 milyard dollara çatan ticarət dövriyyəsini dayandırdığını bildirib.
“İsrail ilə Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlmanlar olaraq bunu sadəcə müşahidə etməyimiz mümkün deyildi. Biz hərəkətə keçmək məcburiyyətində qaldıq və lazım olan addımı atdıq. Ticarət dövriyyəmiz var idi. 9,5 milyard dollar, indi biz bunu dayandırdıq”, o İstanbulda jurnalistlərə bildirib. Çıxış Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının X sosial şəbəkəsindəki hesabında yayımlanıb. (Tass)