Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında İstanbul razılaşmalarının müharibənin davam etdirilməsi üçün lobbiçilik edən dairələr tərəfindən sabotaj edildiyini bildirib. O, bunu yerli televiziyanın canlı efirində Efes-2024 hərbi təlimlərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.
“Bizim yanımızda, Qara dənizdəki qonşularımız, Rusiya və Ukrayna arasında, bizim səy göstərdiyimiz və sülhlə bağlı ədalətli razılaşmaların əldə edilməsinə yönəlmiş İstanbul prosesi artıq üç ildir ki, davam edir. Müharibə lobbiçiləri tərəfindən təxribat edildi və bloklandı, ona mane oldu”, – deyə Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, “müharibənin nə vaxt və necə bitəcəyini heç kim bilmir” və bu, “bölgənin və dünyanın maliyyə xərclərini daim artırır”. (Tass)