Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və respublikanın Ukrayna ətrafındakı böhranın həlli üçün istənilən vasitəçilik roluna hazır olduğunu bildirib.
Bu barədə Türkiyə liderinin ofisi iki dövlət başçıları arasında telefon danışığından sonra məlumat verib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub. Görüş zamanı Ərdoğan Rusiya prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Ərdoğan Türkiyə-Rusiya münasibətlərində müsbət kursun gələcəkdə də davam edəcəyinə inandığını bildirib. O, “Türkiyə Ukraynada [münaqişə kontekstində] danışıqlar masasına qayıtmaq üçün istənilən vasitəçi rolunu oynamağa hazırdır”, – ofisdən bildirilib.
(Tass)