Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında Türkiyə ərazisində görüş təşkil etmək istədiyini və ABŞ prezidenti Donald Trampın görüşdə iştirakına icazə verdiyini bildirib.
“İstanbulda keçirilən bu görüşlər son dərəcə əhəmiyyətlidir. Türkiyə sayəsində, İstanbuldakı təmaslar sayəsində biz bu məsələdə (Ukrayna nizamlanmasında) dönüş nöqtəsinə çatmışıq. Və mənim hər iki tərəf üçün ən böyük arzum həm cənab Vladimir Putini, həm də Zelenskini İstanbulda və ya Ankarada bir araya gətirmək və hətta cənab Trampı da görüşə özümlə aparmaqdır. Əgər razılaşsalar, onlarla görüşmək istərdim və bu görüşdən sonra İstanbuldakı hazırkı addımları görüşün mərkəzinə çevirək”, – deyə o, Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib. Onun çıxışı Türkiyə xəbər kanallarında yayımlanıb. (Tass)