Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini yaxın vaxtlarda respublikaya səfərə dəvət edib.
“Turizm mövzusuna gəlincə, 7 milyona yaxın turistin ölkəmizə gəlməsi bizim üçün çox önəmlidir. Rusiya və Türkiyə arasında olan bu isti münasibətlər kontekstində təbii ki, mən sizi ən qısa zamanda ölkəmdə salamlayacağımı gözləyirəm”, – o, Astanada ŞƏT sammiti çərçivəsində Putinlə görüşü zamanı deyib. (Tass)