Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Qəzzada böhrana tez son qoymaq üçün İsrailə təzyiqi artırmağa çağırıb. O, bu barədə Qazaxıstanın paytaxtında ŞƏT+ formatında keçirilən görüşdə bildirib. Yayım TRT Haber telekanalı tərəfindən həyata keçirilib.
“Qəzzada baş verən qarşıdurma nəticəsində 40 minə yaxın insan, o cümlədən 16 min günahsız uşaq həlak oldu daimi atəşkəsə məcbur edilib, bunun üçün beynəlxalq ictimaiyyət tərəfindən ona təzyiqlər artırılmalıdır”, – Türkiyə prezidenti bildirib. (Tass)