ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə məhdudiyyətləri Ankaranın Vaşinqtona inamını sarsıdır və müttəfiqlik münasibətlərinə ziddir. Bunu Nyu-Yorkda Amerika beyin mərkəzlərinin nümayəndələri qarşısında dəyirmi masada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Keçən il ABŞ-la qarşılıqlı ticarətin həcmi 30 milyard dolları ötüb, biz bu rəqəmi 100 milyard dollara çatdıra bilərik ABŞ, müttəfiqimiz NATO-ya görə, müdafiə sənayesindəki tədbirlər və məhdudiyyətlər Amerikaya olan inamımızı sarsıdır. Həmçinin, CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların və Türkiyənin F-35 proqramından kənarlaşdırılması da buna təsir edir”, – deyə Ərdoğan bildirib .
Türkiyə liderinin sözlərinə görə, Ankara “Kürdüstan Fəhlə Partiyası, Xalq Müdafiə Qüvvələri, Demokratik Birlik Partiyası və FETÖ-yə dəstəyin dayandırılması ilə bağlı gözləntilərini mütəmadi olaraq amerikalı dostları ilə bölüşür”. Bütün bu strukturlar Türkiyə tərəfindən terrorçu kimi tanınır və ABŞ-dan onlara dəstəyi dayandırmağı və onlarla mübarizədə Ankaraya yardım göstərməyi tələb edir. (Tass)