Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə Yaxın Şərqdəki humanitar böhranın həlli yollarını müzakirə edib. Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Görüşdə Qəzzada son vəziyyət, insan hüquqlarının pozulmasının qarşısının alınması üçün atılması lazım olan addımlar və günahsız mülki şəxslərə humanitar yardımın fasiləsiz çatdırılması müzakirə edilib. ”, – bəyanatda deyilir.
Söhbət zamanı Ərdoğan deyib ki, “Qərb ölkələrinin baş verənlərlə bağlı mövqeyinə görə Qəzza zolağında insan haqları pozuntularının sayı artır”. “Ölkələrin İsraili dayandırmaq üçün səy göstərməməsi düzəlməz nəticələrə gətirib çıxaracaq. Qərb və dünya ictimaiyyəti onların gözləri önündə regionda baş verən və diqqətdən kənarda qalan humanitar faciəni tez bir zamanda dayandırmaq üçün tədbirlər görməlidir”. Ərdoğan söhbətində deyib. (Tass)